...

Rusiya və Azərbaycan diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş bir sıra tədbirlər hazırlayırlar

Gündəm Materials 24 Mart 2022 19:50 (UTC +04:00)
Rusiya və Azərbaycan diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş bir sıra tədbirlər hazırlayırlar

Bakı. Trend:

Rusiya və Azərbaycan iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş bir sıra əlamətdar tədbirlər hazırlayır.

Trend-in məlumatına görə, bunu brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Bura rəsmi təbrik mesajlarının mübadiləsi və müxtəlif səviyyələrdə görüşlər daxildir. Mədəni-humanitar əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilir, Rusiyada Azərbaycan Günləri çərçivəsində sərgi və konsertlərə başlanılıb. Ölkəmizin Mədəniyyət Nazirliyi Azərbaycanda da bir sıra tədbirlər hazırlayır.

Diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunması fevralın 22-də Moskvada Rusiya və Azərbaycan Prezidentləri tərəfindən Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması fonunda baş tutması əlamətdardır. Bu sənəd bütün sahələrdə, o cümlədən ticarət-iqtisadi, hərbi-siyasi, mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün yeni imkanlar açır", - deyə M.Zaxarova bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti