Bakı. Trend:
Beynəlxalq ictimaiyyət Rusiyaya təzyiqlərini davam etdirməlidir.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qətərin paytaxtında keçirilən “Doha Forumu” beynəlxalq konfransında deyib.
"Beynəlxalq birlik olaraq, biz Rusiyaya təzyiqləri davam etdirməliyik. Ukraynanın suverenliyinə bu hücum qəbuledilməzdir", - deyə M.Çavuşoğlu qeyd edib.
Türkiyənin xarici işlər naziri bu vəziyyətdən təhlükəsiz çıxış yolunun tapılmasının vacibliyini də bəyan edib.
"Əgər uğur qazansaq və həll yolu tapsaq, o zaman atəşkəs olacaq, amma ondan əvvəl humanitar ehtiyaclar ödənilməli, humanitar dəhlizlər açılmalıdır. Bizim işimiz hər iki tərəfə bu problemi təhlükəsiz şəkildə həll etməyə kömək etməkdir", - deyə nazir qeyd edib.