...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Gündəm Materials 25 Aprel 2022 17:34 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 8 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 4, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 2 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 627 596, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 337 604, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 838 457, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 212 964, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 238 571 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti