...

ÜST-nin Avropa üzrə regional direktoru Şamaxıda keçirilən Avropa “İmmunlaşdırma Həftəsi“ kampaniyasında iştirak edib (FOTO)

Gündəm Materials 27 Aprel 2022 12:30 (UTC +04:00)
ÜST-nin Avropa üzrə regional direktoru Şamaxıda keçirilən Avropa “İmmunlaşdırma Həftəsi“ kampaniyasında iştirak edib (FOTO)

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Klugenin Azərbaycana səfəri davam edir.

Trend xəbər verir ki, səfərin ikinci günündə H.Kluge Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə birgə son iki il ərzində USAID və UkAid maliyyə dəstəyilə keçirilən ÜST-nin “Azərbaycandakı İlkin Səhiyyə Xidməti üzrə Nümayiş layihəsi”nin ərazisi olan Şamaxı rayonunu ziyarət edib.

ÜST-nin Avropa üzrə regional direktoru Şamaxıda Avropa “İmmunlaşdırma Həftəsi” çərçivəsində keçirilən tədbirlərə qatılıb. Qonaqlar Şamaxı Olimpiya Mərkəzində keçirilən tədbirə, daha sonra rayonun Göylər kəndində ilkin səhiyyə xidməti məntəqəsinə, səyyar klinikaya və immunlaşdırma stendinə baş çəkib, tibb işçiləri və tələbələrlə görüşüb. “İmmunlaşdırma Həftəsi” çərçivəsində həyata keçirilən tədbirlər haqqında iştirakçılara ətraflı məlumat verilib.

Daha sonra qonaqlar ilkin səhiyyə xidmətinin təkrar təşkili modeli ilə tanış olmaq üçün Şamaxı Təlim Mərkəzini ziyarət ediblər.

Tədbirdə çıxış edən Hans Henri Kluge ilkin səhiyyə xidmətinin gücləndirilməsini universal tibbi təminatın əsasını təşkil etdiyini vurğulayıb: “Bu gün yerli, milli və beynəlxalq tərəfdaşların birgə iştirakı ilə Şamaxıda reallaşan layihələr səhiyyə xidmətlərini daha əlçatan edir”.

Qeyd edək ki, Avropa “İmmunlaşdırma Həftə”sinə həsr edilmiş Şamaxı səfəri Avropa İttifaqının maliyyələşdirdiyi və ÜST-nin Azərbaycan nümayəndəliyinin həyata keçirdiyi “COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” layihəsinin altı kənddə gerçəkləşdirdiyi immunizasiya kampaniyası çərçivəsində baş tutub.

Xəbər lenti

Xəbər lenti