...

Türkiyəli mütəxəssislərinin iştirakı ilə mühəndis-istehkam ixtisaslı hərbi qulluqçularla kurslar başlayıb (FOTO)

Gündəm Materials 22 İyun 2022 15:08 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün Türkiyə Silahlı Qüvvələrinin mütəxəssislərinin iştirakı ilə xüsusi mina təmizləmə və axtarma kursu başlanılıb.

Bu barədə Müdafiə Nazirliyindən Trend-ə bildirilib.

Qeyd edək ki, kurs zamanı hərbi qulluqçular xüsusi hazırlanmış mühəndis şəhərciyində minaaxtaranlar vasitəsilə minaların və partlamamış döyüş sursatlarının aşkar edilməsi və zərərsizləşdirilməsi üzrə bacarıqlarını təkmilləşdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti