Bakı. Trend:
İyunun 26-sı saat 20 radələrində minaya düşən, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İlham Salmanovun ayağı amputasiya edilib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, İ.Salmanov rayonun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində xidmətdə olarkən piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
O, xəstəxanaya yerləşdirilib, ayaq nahiyəsi topuqdan aşağı amputasiya olunub. Hazırda həyatı üçün təhlükə yoxdur.
Faktla bağlı araşdırma aparılır.