Bakı. Trend:
Sosial şəbəbkələrdə Bakıda 90 yaşlı qadına oğlu və gəlininin işgəncə verməsi görüntüləri yayılıb.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, Bakıda işgəncəyə məruz qaldığı bildirilən qadınla bağlı video 7 ay əvvəl çəkilib.
Dərhal aidiyyəti üzrə faktın araşdırılmasına başlanılıb. Ünvan müəyyən olunub.
Qadının oğlu ərazi üzrə polis bölməsinə dəvət olunub.
Məlum olub ki, videoda əksini tapan görüntülər 7 ay əvvəl çəkilib, hazırda isə yaşlı qadın Naxçıvan şəhərində qızının yanındadır.
Faktla bağlı araşdırmalar davam etdirilir.