...

Davamlı inkişafı təmin edəcək mütəxəssislər hazırlanmalıdır - Bəxtiyar Əliyev

Gündəm Materials 10 Noyabr 2022 12:22 (UTC +04:00)
Davamlı inkişafı təmin edəcək mütəxəssislər hazırlanmalıdır - Bəxtiyar Əliyev

Trend-i buradan izləyin

Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Davamlı inkişafı təmin edəcək mütəxəssislər hazırlanmalıdır. Davamlı inkişaf üzrə fəaliyyət planını isə biz hələ də hazırlayıb hökumətə təqdim edə bilməmişik.

Trend-in məlumatına görə, bunu parlamentin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev noyabrın 10-da Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin birgə iclasında 2023-cü ilin dövlət büdcəsinin müzakirələri zaman deyib.

Komitə sədri bildirib ki, burada əsas problem maliyyədir: “Digər məsələ isə elmlə bağlıdır. Strategiyada elm və təhsilin inteqrasiyası nəzərdə tutulur, amma tələbələrin ilk gündən elmi tədqiqatlara cəlb edilməsi üçün vəsaitlərin ayrılması məsələsi hələ də açıq şəkildə qalmaqdadır. Azərbaycandan xaricə doktorantların hazırlanması üçün göndərməyə külli miqdarda vəsait ayırırıq. Amma Azərbaycanda bu istiqamətə nə qədər vəsait ayırırıq?

Azərbaycanda yüksək keyfiyyətə malik laboratoriyalar olmalıdır. Bunun üçün büdcədə müəyyən məqamlar göstərilməlidir. Pul ayrılır, xərclənir. Amma Hesablama Palatası araşdırmalar nəticəsində müəyyən edir ki, bu vəsaitlər təyinatı üzrə xərclənməyib. Dövlət proqramlarının nəticələri hər il büdcədə qiymətləndirilməlidir. Çünki növbəti dövlət proqramları əvvəlkinin üzərində qurulur. Dövlət proqramları qarşıya qoyulan nəticəyə çatmırsa, növbəti dövlət proqramından da nəticə gözləmək olmaz. Ona görə də büdcədə bunlar nəzərə alınmalıdır”, - deyə B.Əliyev vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti