...

Daha üç gəmi Ukrayna ərzaqlarını İspaniya, İsrail və Türkiyəyə çatdıracaq

Gündəm Materials 22 Noyabr 2022 04:28 (UTC +04:00)
Daha üç gəmi Ukrayna ərzaqlarını İspaniya, İsrail və Türkiyəyə çatdıracaq

Trend-i buradan izləyin

Bakı. Trend:

Qarğıdalı, buğda və bitki yağı olan üç quru yük gəmisi bazar ertəsi Ukrayna limanlarını tərk edib.

Trend-in məlumatına görə, bu barədə Birgə Koordinasiya Mərkəzindən bildirilib.

"Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində ümumilikdə 90 428 ton taxıl və digər ərzaq daşıyan üç gəmi bu gün Ukrayna limanlarını tərk edib", - deyə qeyd olunub.

"Ellirea" gəmisi İsrailə 44 699 ton qarğıdalı və 12 min 441 ton buğda, "AG Valor" gəmisi isə Türkiyəyə 27,5 min ton buğda daşıyacaq. "Mrc Semiramis" quru yük gəmisi İspaniyaya 5788 ton bitki yağı daşıyacaq.

Bundan əlavə, noyabrın 21-də dəniz humanitar dəhlizindən keçən Ukrayna limanlarına üç quru yük gəmisi yollanıb.

"Noyabrın 21-nə olan məlumata görə, Ukraynanın üç limanından ixrac edilən taxıl və digər kənd təsərrüfatı məhsullarının ümumi tonajı 11 677 136 ton təşkil edir. Ümumilikdə, hazırda 960 gəmiyə hərəkətə icazə verilib: 477-si Ukrayna limanlarına gəliş üçün, 483-ü isə onlardan çıxış üçün", - deyə Mərkəzdən bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti