Bakı. Trend:
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə daha 321 hektar ərazini minadan təmizləyib.
ANAMA-dan bazar ertəsi Trend-ə verilən məlumata görə, noyabrın 28-dən dekabrın 3-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 4 mina və 52 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
117 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.