...

Belçika polisi Avropa Parlamentinin binasında axtarış aparıb

Gündəm Materials 12 Dekabr 2022 23:07 (UTC +04:00)

Bakı. Trend:

Belçika polisi Avropa Parlamentinin sədr müavini Yeva Kaylinin və daha üç nəfərin həbsinə səbəb olan Qətərdə keçirilən dünya çempionatı ilə bağlı korrupsiya işi ilə əlaqədar aparılan araşdırma çərçivəsində bazar ertəsi Brüsseldə Avropa Parlamentinin binasına axtarış aparıb.

Trend-in məlumatına görə, bu barədə "Agence France-Presse" agentliyi Belçika Federal Prokurorluğuna istinadən bildirib.

Məlumata əsasən, bu, Avropa Parlamentinin qərarlarına təsir edə bilən üçüncü şəxslərə külli miqdarda pul ödəməsində şübhəli bilinən dörd gün ərzində artıq iyirminci axtarışdır.

Xəbər lenti

Xəbər lenti