...

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istqiamətində ardıcıl islahatlar aparılır - Afət Həsənova

Gündəm Materials 13 Yanvar 2023 12:33 (UTC +04:00)
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istqiamətində ardıcıl islahatlar aparılır - Afət Həsənova
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Prezident İlham Əliyev çox mühüm sərəncamlar imzaladı və bu sərəncamlarla sosial müavinətlər, təqaüdlər, maaşlar artırıldı. Bu sərəncamlar xalqımız tərəfindən də böyük sevinc və rəğbətlə qarşılandı. Bu sərəncamlar bir daha ölkəmizdə vətəndaşların social rifahının daim dövlətin diqqət mərkəzində olduğunu bir daha təsdiq etdi.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O qeyd edib ki, bu sərəncamlar vətəndaşlarımızın həyatına müsbət təsir edəcək, onların sosial rifahını yaxşılaşdıracaq.

“Dünyada baş verən böhrana baxmayaraq, Azərbaycanda sosial islahatlar uğurla davam edir. Bu islahatlar eyni zamanda qlobal böhranın vətəndaşlara təsirinin azaldılması üçün olduqca vacibdir. Dövlət hər zaman vətəndaşlarını düşünür və bu istiqamətdə lazımi tədbirlər həyata keçirilir. Ötən illərdə olduğu kimi bu il də sosial islahatlarla yadda qalacaq”, - deyə deputat bildirib.

A.Həsənova qeyd edib ki, Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçası olduğu üçün hazırda hər yerdə müşahidə olunan mənfi təsirə məruz qalıb. “Ancaq hazırkı vəziyyət xalqımız üçün sosial layihələrlə, proqramlarla yüngülləşdirilir. Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahının təminatı, ölkə əhalisinin sosial müdafiəsi dayanır və ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istqiamətində ardıcıl islahatlar aparılır.

Xüsusilə də son illərdə dünyada baş verən bahalaşma, qiymət artımlarının qlobal iqtisadiyyata fəal şəkildə qoşulmuş Azərbaycana da təsirsiz ötüşmədiyi nəzərə alınmaqla respublika əhalisinin sosial müdafiəsinin gücləndirilməsi və rifahının bu təsirlərdən qorunması üçün zəruri və məqsədyönlü addımlar atılır.

Göründüyü kimi, sosial sahədə atılan bu mütərəqqi addımlar Azərbaycan vətəndaşının maraqlarının dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayandığını bir daha təsdiqləyir. Bütün atılan addımlar Prezident İlham Əliyevin güclü sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir və bu, ictimaiyyət tərəfindən çox yüksək qarşılanır”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti