...

Ukraynanın daxili işlər naziri və müavini helikopter qəzasında ölüb (FOTO)

Gündəm Materials 18 Yanvar 2023 12:25 (UTC +04:00)
Ukraynanın daxili işlər naziri və müavini helikopter qəzasında ölüb (FOTO)

Bakı. Trend:

Ukraynanın daxili işlər naziri Denis Monastırski, onun birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç Kiyev yaxınlığında helikopterin qəzaya uğraması nəticəsində həlak olublar.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Ukrayna Milli Polisinin Teleqram kanalında məlumat verilib.

"Təyyarə qəzası nəticəsində Daxili İşlər Nazirliyinin rəhbərliyi nazir, birinci müavini, dövlət katibi həlak olub", - məlumatda deyilir.

Ukraynanın "1+1" telekanalının Brovarski rayon polis idarəsinə istinadən verdiyi məlumata görə, helikopterin hər iki pilotu da ölüb.

Qeyd edək ki, səhər saatlarında Kiyev vilayətinin regional dövlət administrasiyasının rəhbəri Aleksiy Kuleba vertolyotun uşaq bağçası və yaşayış binası yaxınlığında qəzaya uğraması barədə məlumat verib. Helikopter qəzaya uğradıqdan sonra partlayış səsi eşidilib və böyük yanğın başlayıb.

Hazırkı məlumata görə, qəza nəticəsində 16 nəfər ölüb, onlardan 2-i uşaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti