...

İnsanlardan daha yaxşı qoxu bilən robot hazırlanıb

Gündəm Materials 19 Yanvar 2023 09:58 (UTC +04:00)
İnsanlardan daha yaxşı qoxu bilən robot hazırlanıb
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Təl-Əviv Universitetinin alimləri çəyirtkələrin antenalarından və süni intellektdən istifadə edərək qoxu bilən robot hazırlayıblar.

Trend-in məlumatına görə, Təl-Əviv Universitetində bir qrup tədqiqatçı qoxuları müəyyən edə bilən robot hazırlayıblar ki, bu da bəzi hazırkı elektronikadan 10 000 dəfə böyük həssaslıqdır. Bu robot həm də bio-hibrid platforma adlanır.

Hazırlanmış robotda səhra çəyirtkələrindən götürülən və elektron sistemə qoşulan antenalar var. Bu sistem qoxu aşkar edildikdə antenanın yaratdığı elektrik siqnallarını ölçə bilir. Robot qoxuları siqnal çıxışları ilə xarakterizə etməyi öyrənən bir alqoritmlə birləşdirilib.

Təbiət və süni intellektin köməyi ilə nələrin edilə biləcəyini göstərən yeni robot elm dünyasına böyük töhfələr verə bilər. Tədqiqatçılar söyləyirlər ki, onların sistemi bir gün bomba və narkotik kimi əşyaları aşkar etmək üçün istifadə edilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti