...

Rumıniya Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumu qəti şəkildə pisləyir

Gündəm Materials 27 Yanvar 2023 22:20 (UTC +04:00)
Rumıniya Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumu qəti şəkildə pisləyir

Bakı. Trend:

Rumıniya Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumdan dərin təəssüf hissi keçirir və bu hərəkəti qəti şəkildə pisləyir.

Trend-in məlumatına görə, bunu Ruminya Xarici İşlər Nazirliyinin tvitter hesabında qeyd edib.

“Məsul şəxslər məsuliyyətə cəlb edilməlidir. Azərbaycana başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq”,- deyə bildirilib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti