...

Qərb dünyası İranı nüvə sazişini pozduğuna görə kəskin şəkildə qınayıb

Gündəm Materials 4 Fevral 2023 16:29 (UTC +04:00)
Qərb dünyası İranı nüvə sazişini pozduğuna görə kəskin şəkildə qınayıb
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Fransa, Almaniya, Böyük Britaniya və Birləşmiş Ştatlar Nüvə Silahlarının Yayılmaması Müqaviləsi üzrə öhdəliklərinə uyğun olmayan dəyişikliklərlə bağlı İranın hərəkətlərini pisləyib.

Trend-in məlumatına görə, birgə məlumatda deyilir: “Biz, Fransa, Almaniya, Böyük Britaniya və ABŞ hökumətləri, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İranın Agentliyə əvvəlcədən məlumat vermədən bəzi sentrifuqalarının konfiqurasiyasında əhəmiyyətli dəyişikliklər etdiyi barədə hesabatını nəzərə alırıq. Bu sentrifuqalar 60 faizə qədər yüksək zənginləşdirilmiş uran istehsal edir və Fordo uranın zənginləşdirilməsi zavodunda yerləşir”,

Tələb olunan bildirişin olmaması MAQATE-nin İranın nüvə obyektlərini vaxtında aşkar etmək səylərinə xələl gətirir, bəyanatda deyilir.

"İranın bu hərəkətin səhvən edildiyinə dair iddiaları adekvat deyil. Biz İranın hərəkətlərini İranın iddia edilən niyyətlərinə görə deyil, MAQATE-nin qərəzsiz və obyektiv hesabatlarına əsaslanaraq qiymətləndiririk", - deyə bəyanatda bildirilir.

Ölkələr xatırladıblar ki, İranın Fordo zavodunda yüksək zənginləşdirilmiş uran istehsalı əhəmiyyətli risklər daşıyır və etibarlı mülki əsaslandırma yoxdur.

Bəyanatda deyilir: “Biz İranı MAQATE ilə Əhatəli Təminatlar Sazişindən irəli gələn bütün hüquqi məcburi beynəlxalq öhdəliklərinə əməl etməyə və Fordoda effektiv təminatların tətbiqində Agentliklə tam əməkdaşlığa çağırırıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti