...

Dünya azərbaycanlıları Türkiyənin yanında olduğunu nümayiş etdirir

Gündəm Materials 13 Fevral 2023 15:05 (UTC +04:00)
Dünya azərbaycanlıları Türkiyənin yanında olduğunu nümayiş etdirir

Bakı. Trend:

Türkiyənin cənub-şəqrində baş vermiş dəhşətli zəlzələ dünyanın bütün mütərəqqi qüvvələrini, o cümlədən dünya azərbaycanlılarını da səfərbər edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, ABŞ, Kanada, Böyük Britaniya, Avstraliya, Almaniya, İsveç, Macarıstan, Niderland, Polşa, Estoniya, Ukrayna, Gürcüstan, Yunanıstan, Rusiya, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Oman Sultanlığı və digər ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının fəalları Türkiyənin diplomatik missiyaları vasitəsilə zəlzələ qurbanlarının ailələrinə başsağlığı verməklə yanaşı, həm mənəvi, həm də maddi cəhətdən qardaş ölkənin yanında olduqlarını nümayiş etdirirlər.

“Səninləyik, Türkiyə!” çağırışı ilə yardım kampaniyasına qoşulan soydaşlarımız Türkiyə səfirliklərinin və yardım fondlarının hesablarına pul köçürür, ərzaq, geyim, yataq dəstləri, tibbi ləvazimatlar və gigiyena vasitələrindən ibarət humanitar yardımları diplomatik missiyaların və türk icmalarının vasitəsilə zəlzələ bölgəsinə göndərirlər.

Dünya azərbaycanlıları əmindirlər ki, qüdrətli Türkiyə dövləti və xalqı bu dağıdıcı təbii fəlakətin fəsadlarını tezliklə aradan qaldıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti