...

“Google” kontaktlarınızdakı insanların doğum günlərini xatırladacaq

Gündəm Materials 4 Mart 2023 09:53 (UTC +04:00)
“Google” kontaktlarınızdakı insanların doğum günlərini xatırladacaq
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Google” “Kontaktlar” tətbiqinə olduqca faydalı ola biləcək bir xüsusiyyət gətirdi.

Trend-in məlumatına görə, tətbiq sizə yeni əlavə edilmiş "Sizin üçün" bölməsi ilə kontaktlarınızın doğum günlərini xatırladacaq.

Xüsusi günləri unudan insanlar üçün çox faydalı görünən bu xüsusiyyət son axtarışlar və sevimlilər bölmələrinə əlavə edilib.

"Sizin üçün" bölməsi adları və fotoşəkilləri ilə yanaşı, kontaktlarınızın doğum günlərini də göstərir. Bu xüsusi gün üçün bir sayğac da var. Bunun “Mesajlar” tətbiqindəki doğum günü xatırlatma xüsusiyyətinə bənzədiyini də söyləmək olar.

Yeni əlavəni görmək üçün siz "Kontaktlar" tətbiqinin ən son versiyasından istifadə etməli və kontaktlarınızın doğum günlərini yadda saxlamalısınız.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti