...

Azərbaycan könüllüləri Türkiyədə zərərçəkən uşaqlara xidmət etməyə davam edir (FOTO)

Gündəm Materials 7 Mart 2023 10:46 (UTC +04:00)
Azərbaycan könüllüləri Türkiyədə zərərçəkən uşaqlara xidmət etməyə davam edir (FOTO)

Bakı. Trend:

Türkiyədəki zəlzələdən sonra qardaş ölkəyə yardım məqsədi ilə yollanan azərbaycanlı gənclər artıq dördüncü həftədir ki, könüllü kimi fəaliyyətini davam etdirirlər.

Azərbaycan Gənclər Fondundan Trend-ə bildirilib ki, fəlakətdən zərər görmüş bölgələrdəki çadır şəhərciklərində könüllü kimi çalışan gənclərimiz zərərçəkmiş şəxslərə göndərilmiş qida, geyim, dərman, gigiyenik vasitələr və müxtəlif yardımların boşaldılması, çeşidlənməsi, paylanmasını həyata keçirir və digər dəstəkverici xidmətlər göstərirlər.

Zəlzələdən təsirlənənlərin uşaqlar olduğunu nəzərə alaraq, könüllülərimiz uşaqları daim diqqətdə saxlayır, onların inkişafı üçün müxtəlif fəaliyyətlər həyata keçirirlər. Könüllü gənclərimiz zərərçəkmiş uşaqların reabilitasiyası və asudə vaxtının səmərəli təşkili məqsədilə, habelə təbii fəlakət zamanı keçirdikləri sarsıntıları, yaşadıqları travmaları minimuma endirmək üçün uşaqlara qayğı və psixoloji dəstək xidməti göstərir, eləcə də onlarla müxtəlif oyunlar və digər əyləncəli-maarifləndirici fəaliyyətlər təşkil edirlər. Qeyd edək ki, ötən həftə könüllülərimizin düşərgəsinin yerləşdiyi çadır şəhərciyinin ərazisində qurulan Texnofest çadırında fəaliyyət göstərən Azərbaycan könüllüləri uşaqlarla səmərəli vaxt keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti