Bakı. Trend:
Xəbər verdiyimiz kimi, ötən həftə “Qardaş Köməyi” Platforması və AQSİA-nın təşkilatçılığı ilə Azərbaycanlı qadınların öz hədiyyələrini zəlzələ bölgəsindəki əziyyət çəkən türkiyəli qadınlarla paylaşması məqsədilə "8 Martda hədiyyəni paylaşmaq olsun" aksiyasına start verilmişdi.
Trend xəbər verir ki, bu gün Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcının, Qadın sahibkarların, qeyri-hökümət təşkilatlarının nümayəndələrinin iştirakı ilə “Qardaş Köməyi platforması” və AQSİA tərəfindən birlikdə təmin olunmuş yardım tırları Agro Terminaldan yola salınıb.