...

Qazaxıstanda parlament və bələdiyyə seçkilərində 12 mindən çox namizəd irəli sürülüb - Səfir

Gündəm Materials 14 Mart 2023 16:55 (UTC +04:00)
Qazaxıstanda parlament və bələdiyyə seçkilərində 12 mindən çox namizəd irəli sürülüb - Səfir
Emin Sevdimalıyev
Emin Sevdimalıyev
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstanda Məclis (parlamentin aşağı palatası) və maslihat (yerli inzibati orqanlar) seçkilərində 12 451 nəfərin namizədliyi irəli sürülüb.

Bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov Qazaxıstanda baş tutacaq seçkilərə həsr olunmuş mətbuat konfransında deyib.

Maslihatda seçkilərə 11 735 nəfər, parlamentin aşağı palatasına isə 716 nəfər namizədliyini irəli sürüb.

Abdıkərimov seçkilərə müşahidəçilik etmək üçün 10 beynəlxalq təşkilatdan, o cümlədən, ATƏT-in Parlament Assambleyası, ATƏT/DTİHB, Avropa Şurası Parlament Assambleyasından müşahidəçilər dəvət olunub. Səfir, həmçinin, 34 ölkədən, o cümlədən, Azərbaycandan müşahidəçilərin iştirak edəcəyini əlavə edib.

Qeyd edək ki, bu gün üçün seçki öncəsi kampaniya davam edir və 18 mart gecə yarısınadək davam edəcək. Seçkilər martın 19-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti