...

Rəşad Dağlının cinayət işi icraata verildi

Gündəm Materials 5 Aprel 2023 17:39 (UTC +04:00)
Rəşad Dağlının cinayət işi icraata verildi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində icraata verilib.

Trend-in məlumatına görə, cinayət işi hakim Leyla Əsgərovanın sədrliyi ilə araşdırılacaq.

Hazırlıq iclasının vaxtı hələlik müəyyən edilməyib.

Xatırladaq ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir. Hadisəni törədən meyxanaçı könüllü olaraq polisə təslim olub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci( qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti