Bakı. Trend:
Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov etimadnaməsini BTM-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Sindi Makkeynə təqdim edib.
Trend-in məlumatına görə, bu barədə səfir öz "Twitter" səhifəsində yazıb.
"Bu gün mən Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Sindi Makkeyn ilə görüşdüm və onun Azərbaycanın BMT-nin Romada yerləşən agentlikləri yanında daimi nümayəndəsi kimi etimadnaməsini təqdim etdim", - deyə səfir bildirib.