Bakı. Trend:
87 milyon insan "Google Chrome" əlavələrindən istifadə edir.
Trend-in məlumatına görə, "Kaspersky" 87 milyona yaxın endirmə sayına çatan 34 zərərli "Google Chrome" əlavəsini aşkar edib. Bu əlavələrin müxtəlif məqsədlər üçün istifadə edildiyini deyən kibertəhlükəsizlik şirkəti "Chrome"dakı məlumatların təhlükə altında ola biləcəyinə diqqət çəkib.
"Google" bu əlavələri "Chrome" Veb Mağazasından silib. Ancaq milyonlarla istifadəçinin cihazlarında hələ də mövcud ola bilər. Buna görə "Kaspersky" istifadə etdiyiniz əlavələri yoxlamağı və zəruri hallarda şifrələrinizi dəyişdirməyi tövsiyə edir.
"Chrome" istifadəçilərinin silməli olduğları proqramlar bunlardır:
1) Autoskip for Youtube;
2) Soundboost;
3) Crystal Adblock;
4) Brisk VPN;
5) Clipboard Helper;
6) Maxi Refresher;
7) Quick Translation;
8) Easyview Reader view;
9) PDF Toolbox;
10) Epsilon Ad blocker;
11) Craft Cursors;
12) Alfablocker ad blocker;
13) Zoom Plus;
14) Base Image Downloader;
15) Clickish fun cursors;
16) Cursor-A custom cursor;
17) Amazing Dark Mode;
18) Maximum Color Changer for Youtube;
19) Awesome Auto Refresh;
20) Venus Adblock;
21) Adblock Dragon;
22) Readl Reader mode;
23) Volume Frenzy;
24) Image download center;
25) Font Customizer;
26) Easy Undo Closed Tabs;
27) Screence screen recorder;
28) OneCleaner;
29) Repeat button;
30) Leap Video Downloader;
31) Tap Image Downloader;
32) Qspeed Video Speed Controller;
33) HyperVolume;
34) Light picture-in-picture.