...

Siyəzəndə dənizdə boğulan yeniyetmələrdən daha birinin meyiti tapılıb

Gündəm Materials 24 İyul 2023 16:33 (UTC +04:00)
Siyəzəndə dənizdə boğulan yeniyetmələrdən daha birinin meyiti tapılıb

Bakı. Trend:

Siyəzəndə dənizdə boğulan 3 yeniyetmədən daha birinin meyiti tapılıb.

Trend xəbər verir ki, Siyəzən rayonu Zarat kənd sakini Manafov Mehdi Elgün oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bakı şəhər sakini 17 yaşlı Əhmədov Nemət Əbdül oğlunun da meyiti isə bu gün səhər saatlarında dənizdən çıxarılıb.

Hazırda dənizdə boğulan üçüncü yeniyetmə Zarat kənd sakini Bəşirov Rəvan Hacıəhməd oğlunun axtraışları davam etdirilir.

Qeyd edək ki, iyulun 23-ü axşam saatlarında Siyəzənin Zarat kəndi yaxınlığında 3 yeniyetmə dənizdə çimərkən boğulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti