...

Qazaxıstan-Azərbaycan əməkdaşlığının perspektivləri müzakirə olunub (FOTO)

Gündəm Materials 6 Sentyabr 2023 12:32 (UTC +04:00)

Bakı. Trend:

Qazaxıstan xarici işlər nazirinin müavini Alibek Bakayev və Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov arasında 4 sentyabr tarixində görüş keçirilib.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, görüş çərçivəsində ikitərəfli və çoxtərəfli formatda Qazaxıstan-Azərbaycan əməkdaşlığını əhatə edən cari məsələlər müzakirə olunub, gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Məlumata əsasən, görüş zamanı Türk Dövlətləri Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Konfransı, Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı kimi strukturlarda əməkdaşlığa xüsusi diqqət yetirilib.

Bundan əlavə, Alibek Bakaev beynəlxalq təşkilatların fəaliyyətinin səmərəliliyinin artırılmasının vacibliyini vurğulayıb, Ağalar Atamoğlanov isə Qazaxıstan-Azərbaycan strateji əməkdaşlığının iki xalq arasında iqtisadi, investisiya, mədəni və humanitar əlaqələrin inkişafında mühüm rolu olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti