...

Erməni əsilli vətəndaş cəmiyyəti təmsilçilərinin Bakıya və ya Azərbaycanın digər şəhərlərinə səfərləri təşkil edilə bilər

Gündəm Materials 25 Sentyabr 2023 17:33 (UTC +04:00)
Erməni əsilli vətəndaş cəmiyyəti təmsilçilərinin Bakıya və ya Azərbaycanın digər şəhərlərinə səfərləri təşkil edilə bilər
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli vətəndaş cəmiyyəti təmsilçiləri və ictimai fəalların Bakıya və ya Azərbaycanın digər şəhərlərinə səfərlərinin təşkil edilməsi təklifi vurğulanıb və bu cür təşəbbüslərin vətəndaş cəmiyyəti dialoqu platformasının yaradılması, eləcə də etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi baxımından əhəmiyyətli olduğu qeyd edilib.

Trend xəbər verir ki, bu barədə Xocalı şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüşdə bildirilib.

Qeyd edək ki, 2023-cü il sentyabrın 25-də Xocalı şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüşü keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti