...

Zəlzələləri bir həftə öncədən təxmin edə bilən süni intellekt hazırlanıb

Gündəm Materials 7 Oktyabr 2023 10:01 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ tədqiqatçıları zəlzələləri bir həftə əvvəldən təxmin edə bilən süni intellekt modeli hazırladıqlarını açıqlayıblar.

Trend-in məlumatına görə, zəlzələnin harada və nə gücdə olacağını təxmin edir.

Hazırlanmış süni intellekt alqoritminin tədqiqat nəticələri Amerika Seysmoloji Cəmiyyətinin Bulletin jurnalında dərc olunub. Nəticələrə görə, tədqiqatçılar alqoritmi yoxlamaq üçün Çində 7 ay sınaqlar aparıblar.

Süni intellekt alqoritminin həftəlik proqnozları 320 kilometr uzaqlıqda zəlzələlərin harada və nə qədər böyük olacağını düzgün proqnozlaşdırıb. Təbii ki, onun səhv etdiyi məqamlar da olub. Məsələn, zəlzələni düzgün proqnozlaşdıra bilməyib və 8 dəfə yalançı həyəcan siqnalı verib.

Qeyd edək ki, sınaq mərhələsi başa çatdıqdan sonra tədqiqatçılar zəlzələlərin yüzdə 70 dəqiqliklə proqnozlaşdırıldığını açıqladılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti