Bakı. Trend:
İsrail və Fələstinin HƏMAS hərəkatı oktyabrın 7-də tərəfindən əsir götürülən israilli qadın və uşaqların əksəriyyətinin azad edilməsinə imkan verəcək sazişlər bağlamağa yaxındırlar.
Trend-in məlumatına görə, bu barədə "The Washington Post" qəzetinin xarici siyasət şərhçisi Devid İqeyşes İsrail hökumətindəki mənbələrinə istinadən yazıb.
Məlumata əsasən, yekun detallar razılaşdırılarsa, razılaşma bir neçə gün ərzində açıqlana bilər. İlkin razılaşmalara əsasən, İsrail həbsxanalarında saxlanılan fələstinli qadın və gənclərlə eyni vaxtda israilli qadın və uşaqlar qrup halında azad ediləcək.
İsrail qaçırılan 100 qadın və uşağın hamısının azad edilməsini tələb edir.