...

İordaniya qadın hüquqları ilə bağlı ciddi addımlar atır

Gündəm Materials 20 Noyabr 2023 17:03 (UTC +04:00)
İordaniya qadın hüquqları ilə bağlı ciddi addımlar atır
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

İordaniya bütün nazirliklər səviyyəsində qadın hüquqları ilə bağlı ciddi addımlar atır.

Trend xəbər verir ki, bunu İordaniyanın Azərbaycandakı səfiri Omar Mnawer Al Nahar Bakıda “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

"Qadın zorakılığına qarşı mübarizədə ədaləti və bərabərliyi əsas götürürük. Bütün sahələrdə qadınların iştirakını labüd hesab edirik. Bu il qadınların iqtisadi sahədə öz töhfələrini verə biləcəyini düşünərək müəyyən addımlar atılıb",- deyə o, əlavə edib.

Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatının konfransı keçirilir. Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə baş tutur.

Tədbirdə Qoşulmama Hərəkatına üzv ölkələrin, həmçinin təsisat yanında müşahidəçi statusuna malik dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin xüsusi qonaq qismində dəvət olunan yüksək vəzifəli rəsmi şəxslər də daxil olmaqla, ümumilikdə 60-a yaxın nümayəndə heyəti iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti