...

Ölkədə taksilərin qiyməti BAHALAŞIB?

Gündəm Materials 19 Dekabr 2023 11:42 (UTC +04:00)
Ölkədə taksilərin qiyməti BAHALAŞIB?
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dünəndən etibarən “Bolt” taksi şirkəti gediş haqqını 10 faiz bahalaşdırıb.

Bu barədə Trend-ə “Bolt” taksi şirkətinin sürücüləri məlumat veriblər.

Onların sözlərinə görə, artım bütün sifarişlərə aiddir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən nəqliyyat məslələri üzrə ekspert Aslan Əsədov bildirb ki, “Bolt” kimi aqreqator xidmətləri təklif edənlərin bir məqsədi var, o da pul qazanmaqdır.

"Ümumiyyətlə xarici taksi şirkətlərinin ölkəmizdə fəaliyyət göstərməsinin mənfi və müsbət tərəfləri var. Yaxşı tərəfləri onların ölkəmizə gəlişləri ilə innovasiya, müəyyən texnoloji üstünlüklər gətirdilər. Artıq bir neçə ildir, istər xarici, istər yerli taksi şirkətləri innovativ yeniliklərə əsaslanır. Əsas mənfi cəhətləri isə sürücülərin çox işləməsi, əmək müqaviləsinin bağlanmaması, şikayətləri dinləyəcək bürolarının olmamasıdır", - deyə ekspert əlavə edib.

Ekspert vurğulayıb ki, qiymətlərin artımı komfort və keyfiyyətə görə deyil.

"Çünki taksi fəaliyyəti ilə məşğul olan şirkətlər ölkəyə yeni avtomobillər gətirməyiblər. “Bolt” taksi şirkətinin qiymətləri bahalaşdırması başqa şirkətlərə qiymətlərin bahalaşdırmasına bəhanə verə bilər. Lakin hazırda qiymət artımına heç bir səbəb yoxdur. Əksinə taksi şirkətləri qiymətləri stabil saxlamalıdırlar, çünki ölkədə bu şirkətlərə tələbat daha çoxdur", - deyə o, qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti