Bakı. Trend:
İsrail Qəzzanın şimalında fələstinli mülki vətəndaşları yerləşdirmək üçün humanitar kompleks tikmək imkanını araşdırır.
Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya kanalı iki İsrail rəsmisinə və beynəlxalq humanitar təşkilatın nümayəndəsinə istinadən bildirib.
Məlumata əsasən, belə bir kompleksin yaradılması İsrail hərbçiləri hərbi əməliyyatın hazırkı mərhələsini başa vuran kimi bəzi fələstinlilərə Qəzzanın şimalına köçməyə imkan verəcək.
Qeyd olunub ki, kompleksin planlaşdırılması ilkin mərhələdədir, ona görə də onun neçə nəfəri yerləşdirə biləcəyi və sonda həyata keçirilib-keçirilməyəcəyi hələlik bəlli deyil.