...

Kiberdələduzlar tərəfindən “Azərpoçt”un adından dələduzluq halları davam edir (FOTO)

Gündəm Materials 26 Dekabr 2023 17:48 (UTC +04:00)
Kiberdələduzlar tərəfindən “Azərpoçt”un adından dələduzluq halları davam edir (FOTO)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Kiberdələduzlar tərəfindən “Azərpoçt” MMC-nin adından dələduzluq halları davam etməkdədir.

Trend Elektron Təhlükəsizlik Xidmətinin (ETX) yaydığı məlumata istinadən xəbər verir ki, belə ki, dələduzlar “Azərpoçt”un rəsmi domen adına oxşar keçidlər yaradaraq, vətəndaşları saxta veb-saytlara yönləndirirlər. Veb-saytların daxilində isə vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün xüsusi bölmələr yaradılmışdır.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxta veb-saytlara etimad etməməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız qurumların özündən dəqiqləşdirməyi tövsiyə edir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti