...

İranın Biləsuvar sərhəd terminalından qeyri-neft məhsul ixracı artıb

Gündəm Materials 9 Mart 2024 12:57 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Cari İran ilinin 11 ayı (21 mart 2023 -19 fevral 2024) ərzində İranın şimal-qərbində yerləşən Biləsuvar sərhəd terminalından qeyri-neft məhsul ixracı ötən ilin analoji dövrü ilə müqayisədə çəki baxımından 23% artıb.

Trend-in məlumatına görə, bunu İranın Biləsuvar sərhəd terminalının müdiri Lütfülla Babayi deyib.

L.Babayinin sözlərinə görə, 11 ayda Biləsuvar sərhəd terminalından 533 min tondan çox qeyri-neft məhsulları ixrac olunub. Ötən ilin analoji dövründə qeyri-neft məhsulları ixracı 434 min ton təşkil edib.

Babayi əlavə edib ki, ixrac olunan məhsullar, əsasən, keramika, bibər, şüşə, profil, duz, kartov və tikinti materialları olub.

Terminal rəsmisi deyib ki, 11 ayda Biləsuvar sərhəd terminalı vasitəsi ilə 29 min ton məhsul idxal edilib.

Onun sözlərinə görə, 11 ayda Biləsuvar sərhəd terminalı ilə 40 783 yük maşını vasitəsilə 930 min ton məhsul tranzit olunub.

Qeyd edək ki, İranın Ərdəbil vilayətində Biləsuvar sərhəd terminalı Azərbaycanla sərhəddə yerləşir. Bu sərhəd terminalı İranın Azərbaycan və Azərbaycan üzərindən Gürcüstan və Rusiya ilə ticarətini inkişaf etdirilməsi məqsədilə fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti