...

Misir Qəzzaya humanitar yardım aparan maşınların sayını artıracaq

Gündəm Materials 8 Aprel 2024 01:22 (UTC +04:00)
Misir Qəzzaya humanitar yardım aparan maşınların sayını artıracaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Misir hakimiyyəti Rəfah keçidi vasitəsilə Qəzza zolağına daxil olan humanitar yardım maşınlarının sayını gündə 300-ə çatdıracaq.

Trend-in məlumatına görə, bu barədə Misir Dövlət İnformasiya Xidmətinin rəhbəri Diya Rəşvan deyib.

"Misir Qəzzaya humanitar yardım aparan maşınların sayını 300-dən çox artırmağı planlaşdırır", - deyə o bildirib.

D.Rəşvan həmçinin qeyd edib ki, ötən ilin oktyabr ayından bəri Fələstin anklavından Misirə 66 759 əcnəbi vətəndaş və ikili vətəndaş daxil olub və 3 764 yaralı Qəzzadan müalicə olunmaq üçün Misir xəstəxanalarına köçürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti