Bakı. Trend:
Azərbaycan ordusunun bölmələri tərəfindən istismar müddəti və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı əkildə məhv edilməsi davam etdirilir.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, döyüş sursatlarının məhv edilməsi prosesi 28.10. 2024-cü il tarixdən 01.11.2024-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.
Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.