...

Yaşayış massivlərində yanğınsöndürmə əməliyyat şəraitinin yaxşılaşdırıması istiqamətində monitoriq həyata keçirilir - Dövlət Xidməti

Gündəm Materials 24 Yanvar 2025 12:55 (UTC +04:00)
Yaşayış massivlərində yanğınsöndürmə əməliyyat şəraitinin yaxşılaşdırıması istiqamətində monitoriq həyata keçirilir - Dövlət Xidməti
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Dövlət Yanğından Mühafizə Xidməti yaşayış massivlərində yanğınsöndürmə əməliyyat şəraitinin stabilliyinin qorunması, o cümlədən yaxşılaşdırıması istiqamətində yenidən monitoriq həyata keçirir.

Trend verir ki, bunu FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini Cəmil Xudiyev monitorinqin aparıldığı yerdə jurnalistlərə açıqlamasında bildirib.

O bildirib ki, aparılan monitorinqlər zamanı binaların giriş və çıxışında quraşdırılan süni maneələr aradan qaldırılır.


“Yaşayış binalarının və yanğınsöndürmə maşınlarının su hovuzlarına gedən yolların qarşısındakı maneələri aradan qaldırmaq yanğının söndürülməsi üçün zəruri olan zamanın təminatına yönəlmiş tədbirdir. Həmin maneələr yanğınsöndürmə əməliyyatına gedən maşınların hadisə yerinə çatmasını gecikdirir, yanğının miqyası böyüyür. Həmçinin bu gecikmə insan təlafatına, xəsarət almaya və maddi ziyanın artmasına səbəb olur. Bu maneələr aşkar olunduqda müvafiq icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırılır və ərazidə əməliyyat şəraitinin sabitliyi təmin edilir”,- deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti