...

bp bu il Qarabağ yatağının işlənməsində iştirak etmək imkanını istisna etməyib

İqtisadiyyat Materials 24 Yanvar 2025 13:19 (UTC +04:00)
bp bu il Qarabağ yatağının işlənməsində iştirak etmək imkanını istisna etməyib
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

bp-nin bu il Qarabağ yatağının işlənməsi ilə bağlı müqaviləyə qoşulması istisna edilmir.

Trend xəbər verir ki, buu barədə bp-nin Xəzər regionu üzrə kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə açıqlamasında bildirib.

“Qazma işlərinin cari ilin ikinci və ya üçüncü rübündə yekunlaşacağı gözlənilir. Hərçənd işlər yekunlaşandan sonra belə, quyu dərhal istismara verilməyəcək, belə ki, onun qazın sahilə nəqlini təmin edən mövcud infrastruktura qoşulması üzrə işləri yerinə yetirmək lazım gələcək. Bunun üçün platformada böyük həcmdə avadanlıqların quraşdırılması lazım gələcək ki, bu da müəyyən vaxt aparacaq. “Dərin qaz” layihəsi çərçivəsində ilk qaz, böyük ehtimalla 2025-ci ilin sonuna kimi əldə olunacaq”, -deyə o vurğulayıb.

Xatırladaq ki, AÇG üzrə pay bölgüsü haqqında müqavilə ilk dəfə 1994-cü il sentyabrın 20-də imzalanıb. 2017-ci il sentyabrın 14-də Müqavilənin müddəti 2049-cu ilə qədər uzadılıb. “Çıraq” yatağında ilk neft 1997-ci il noyabrın 7-də əldə olunub.

Xəbər lenti

Xəbər lenti