...

bp "Şahdəniz" yatağında yeni platforma tikməyi planlaşdırır

İqtisadiyyat Materials 24 Yanvar 2025 10:57 (UTC +04:00)
bp "Şahdəniz" yatağında yeni platforma tikməyi planlaşdırır
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

bp "Şahdəniz" yatağında yeni platforma tikməyi planlaşdırır.

Trend xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında bp-nin Azerbaijan-Georgia-Turkey-in kommunikasiya şöbəsinin rəhbəri Tamam Bayatlı deyib.

Onun sözlərinə görə, platforma tam olaraq avtonom rejimdə fəaliyyət göstərəcək.

“Şahdəniz" yatağının ayrıca təbəqələrindən aşağı təzyiqli qazın toplanması və onun Səngəçal terminalına nəql olunmasını nəzərdə tutan tam yeni kompressor platforması yaradılacaq. “Alpha” və “Bravo” platformalarına daxil olan aşağı təzyiqli qaz, yeni platformaya toplanacaq və sonra təzyiqi qaldırılması ilə Səngəçal terminalına yönəldiriləcək.

Yeni platformanın tikintisi layihəsi gələn həftə ictimaiyyətə təqdim olunacaq, tikintinin ətraf mühitə təsirinin qiymətləndirilməsi ilə bağlı hesabat üzrə ictimai dinləmələr isə fevralın üçüncü həftəsində keçiriləcək. Yekun investisiya qərarı bu il qəbul ediləcək," - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti