...

Zəngəzur dəhlizinin açılması Orta Dəhlizə əlavə böyük həcmdə yükün cəlbinə kömək olacaq - Xudayar Həsənli (ÖZƏL)

İqtisadiyyat Materials 24 Yanvar 2025 21:00 (UTC +04:00)
Zəngəzur dəhlizinin açılması Orta Dəhlizə əlavə böyük həcmdə yükün cəlbinə kömək olacaq - Xudayar Həsənli (ÖZƏL)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Zəngəzur dəhlizinin açılması Çindən Avropaya daşınan yüklərin daha böyük hissəsinin Orta Dəhlizə cəlbinə kömək edəcək ki, bu da Azərbaycandan keçən yük həcmlərinin artımasına səbəb olacaq. Bu yüklərin cəlbindən Azərbaycan və region ölkələri qazanacaq.

Bu sözləri Trend-ə müsahibəsində "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Strateji Planlaşdırma və İnkişaf Departamentinin müdiri Xudayar Həsənli deyib.

O bildirib ki, Zəngəzur dəhlizinin açılması həm qlobal, həm də regional logistika baxımından zamanı və xərci azaldır: “Zəngəzur dəhlizinin reallaşması Şərq-Qərb marşurutunda məsafəni qısaldacaq. Ən vacib məqamlardan biri isə Qara Dənizlə yanaşı, artıq Aralıq dənizinə də çıxış imkanı əldə ediləcək. Rəqabətlilik artacağı üçün qiymətlər də tənzimlənəcək, bu isə Azərbaycana cəlb edilən yük həcminin artımına səbəb olacaq. Bu yüklərin cəlbindən bütün region ölkələri qazanacaq. Məsələn, Çindən-Avropa istiqamətinə 500 min TEU (Twenty-Foot Equivalent Unit) konteyner göndərilərsə, bunun bir qismi Gürcüstan üzərindən, bir qismi isə Zəngəzur dəhlizi vasitəsilə çatıdırlacaq ki, bu həm zaman, həm də məsrəflərin azalmasına səbəb olacaq”.

Türkiyə ilə Əfqanıstan da daxil olmaqla, Orta Asiya arasında ticarət dövriyyəsinin əsasən TIR-lar üzərindən olduğunu xatırladan departament rəhbəri onların da sayının 120-130 min ədəd olduğunu söyləyib. O bildirib ki, bunun cəmi 25-30%-i Azərbaycan üzərindən keçir: “Gələcəkdə gəmi sayı artırılarsa, bu faiz nisbəti arta bilər. Amma gəmi sayı artırılsa belə, Türkiyədən çıxan yük Gürcüstana və oradan da Azərbaycana daşındıqda sərhəddə gecikmələrlə üzləşilir. Çünki yük sayı çoxalır və bu da öz növbəsində gecikmələrə səbəb olur. Zəngəzur dəhlizi açıldıqda və koridor kimi formalaşdıqda Türkiyədən ixrac olunan yüklər çox rahat şəkildə Azərbaycan üzərindən Orta Asiyaya çatdırıla bilər”.

“Hazırda Çindən dəniz yolu ilə daşınan yüklər Süveyş kanalı bağlı olduğu üçün Afrikanın cənubundan İstanbula gəlir, oradan daha kiçik gəmilərlə Qara Dəniz limanlarına, o cümlədən Poti, Batumiyə göndərilir. Daha sonra bu yüklər quru yolla həm Azərbaycana, həm də bir sıra Orta Asiya dövlətlərinə yola salınır. Göründüyü kimi, trayektoriya geniş olduğundan yüklərin daşınmasında daha çox vaxt itirilir. Lakin Zəngəzur Dəhlizi açılsa, bu istiqamətdə zamana ən azı 2-3 həftə qənaət edilmiş olar, həmçinin xərclər də azalar”, - X. Həsənli qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti