Bakı. Trend:
Ötən il Azərbaycandan 293,7 milyon ABŞ dolları dəyərində 1,1 milyon ton kimya sənayesi məhsulları ixrac edilib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, 2023-cü ildəki göstəricilərlə müqayisədə ixrac edilən kimya sənayesi məhsullarının dəyəri 45,5 milyon ABŞ dolları (18,3%), həcmi isə 169,5 min ton (18%) artıb.
Hesabat dövründə kimya sənayesi məhsulları Azərbaycanın ümumi ixracdakı payının 1,11%-ni, qeyri-neft sektoru üzrə isə 8,75%-ni təşkil edib.
Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycan xarici ölkələrlə (180 ölkə) 47,6 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 26,5 milyard ABŞ dolları ixracın, 2,6 milyard ABŞ dolları isə idxalın payına düşüb.