Bakı.Trend:
“A23a” adı verilmiş – dünyanın ən iri aysberqi Böyük Britaniyanın Cənubi Georgiya adasına doğru irəliləyir. Üzən nəhəng buzlaq adayla toqquşub parçalana bilər.
Trend xəbər verir ki, bu haqda “20min.ch” nəşri məlumat yayıb.
Aysberqlə toqquşmanın adıçəkilən adada yaşayan pinqvin və suitilərin populasiyasına təhdid olduğu bildirilir. Belə ki, bu canlılar nəticədə qida qıtlığı ilə üzləşə bilər.
Yaranmış vəziyyət eyni zamanda dəniz səyyahlarını narahat edir. Yaxın sularda üzən dənizçilər toqquşmadan qaçınmaq üçün gecə boyunca projektorları yanılı vəziyyətdə qoymağa məcbur qalıblar.
Qeyd edək ki, “A23a” aysberqi ərazi baxımından Nyu-Yorkdan da böyükdür və çəkisi trilyon tona yaxındır.