Bakı. Trend:
Azərbaycan Fransanın “TotalEnergies” şirkəti ilə enerji sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib.
Trend xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
O bildirib ki, Davos İqtisadi Forumu çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə "TotalEnergies" şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə görüşüblər:
“Yaşıl enerji”, karbonsuzlaşma, innovativ texnologiyaların tətbiqi, enerji saxlanc sistemləri, icra edilən layihələr və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi apardıq”.