...

Dövlәt Ehtiyatları Agentliyi vergidәn yayınıb

Cəmiyyət Materials 24 Yanvar 2025 16:51 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Hesablama Palatası Azәrbaycan Respublikasının Dövlәt Ehtiyatları Agentliyində dövlәt vәsaitlәrinin vә әmlakının idarә olunmasına dair audit keçirib.

Bu barədə Trend-ə Palatadan bildirilib.

Qeyd edilib ki, publik hüquqi şәxs tәşkilati hüquqi formasında yaradılaraq 11.02.2022-ci il tarixindәn dövlәt qeydiyyatına, 01.03.2022-ci il tarixindә isә ӘDV qeydiyyatına alınması şәraitindә 2022-ci ildә 5,8 mln. manat mәblәğindә vәsaitin dövlәt büdcәsindәn “ehtiyat vәsait” adı ilә ayrılmaqla fәaliyyәt ehtiyaclarına sәrf olunmasına baxmayaraq dövlәt sifarişi ilә tәyinatlı tәdbirlәrin hәyata keçirilmәsi üçün mәqsәdli vәsaitlәrin ödәnilmәsinә dair hәmin sifarişin şәrtlәrini tәnzimlәyәn müvafiq müqavilәnin bağlanılması tәmin edilib.

Dövlәt büdcәsinin vәsaitlәrinә olan illik tәlәbatın düzgün müәyyәnlәşdirilmәmәsi şәraitindә 2022-ci ildә 45000 min manat, 2023-cü ildә 127516,3 min manat mәblәğindә vәsait müxtәlif şәrtlәrlә banklara depozitә yerlәşdirilmiş, depozitdәn qayıtmış vәsaitlәr çıxılmaqla depozitin qalığı 2023-cü ilin sonuna 44516,3 min manata bәrabәr olub.

Bildirilib ki, müvafiq ehtiyatların yaradılması (alınması) üçün dövlәt büdcәsindәn ayrılmış vәsaitin dövlәt sifarişi (dövlәt adından yaradılan publik hüquqi şәxsә dövlәt büdcәsi hesabına mәqsәdli vәsaitlәrin ödәnilmәsi üzrә müqavilә) çәrçivәsindә rәsmilәşdirilmәmәsi әsaslı vәsait qoyuluşuna (eyni ilә nizamnamә fondunun (kapitalının) artırılmasına) aid edilmәyәn vә geri qaytarılması şәrtlәri müәyyәnlәşmәyәn hәmin vәsaitlәrin mövcud hüquqi aktlara әsasәn subsidiya kimi qiymәtlәndirilmәsinә әsaslar yaratmışdır ki, bu da publik hüquqi şәxslәrin gәlirlәrinә vergi azadolmalarının tәtbiqini tәnzimlәyәn vergi qanunvericiliyinin aidiyyәti müddәalarının tәsir dairәsi ilә әhatә olunmamaqla mәnfәәt vergisindәn yayınma risklәrini sәciyyәlәndirib. Eyni zamanda, auditlә toplanmış bu vә digәr sübutlar publik hüquqi şәxs olan Agentlik tәrәfindәn әvәzsiz әsaslarla pul vәsaitlәri qismindә әldә edilmiş (büdcә vә qeyri-büdcә mәnbәlәrindәn) daxilolmaların gәlirlәrә aid edilmәmәsi üçün hәr-hansı hüquqi әsasların müәyyәnlәşdirilmәdiyi halda 2022-ci vә 2023-cü illәrin maliyyә (mühasibat) uçotu sәnәdlәrindә vә mәnfәәt vergisinin bәyannamәlәrindә müvafiq qaydada gәlirlәrә aid edilmәmәsini göstәrmişdir ki, bu isә vergi qanunvericiliyinin aidiyyәti müddәalarının şәrtlәri daxilindә vergidәn yayınma risklәri ilә dә müşayiәt olunur.

Saxlanılan әrzaqlıq buğdanın sonrakı dövrlәrdә qalıq hәcminin ölçülmәsi üçün innovativ üsulların mәnimsәnilmәsi vә tәtbiq olunması istiqamәtindә zәruri işlәrin aparılmaması istәr daxili nәzarәt qaydasında monitorinqlәrin, istәrsә dә cari auditin gedişatında sәyyar baxış tәdbirlәrinin hәyata keçirilmәsi zamanı siloların konstruksiyasının mürәkkәbliyi vә әrzaqlıq buğdanın çәkiyә tәsir edәn dәyişkәn xüsusiyyәtlәrinin mövcudluğu şәraitindә qalığın faktiki hәcminin müәyyәnlәşdirilmәsi üçün istifadә olunan meyarlarla (qeyri-tәrәzi çәkisi ölçü üsulları ilә) aşkarlanan әskikgәlmә vә ya artıqgәlmә hallarının, habelә dövri (illik) inventarizasiya prosedurlarının tәxmini olmasını vә nәticә etibarı ilә idarәetmәnin tam etibarlı göstәricilәrә söykәnmәmәsi kimi fәsadları sәciyyәlәndirmiş, maliyyә (mühasibat) uçotu üzrә ehtiyatların hesabatlılığında tәhrifetmә risklәrini şәrtlәndirib.

Müvafiq ehtiyatların yaradılması üçün әvәzsiz әsaslarla әldә edilmiş dövlәt vәsaitlәrinin müxtәlif şәrtlәrlә banklara depozitә yerlәşdirilmәsindәn әldә olunmuş ümumilikdә 1550,7 min manat faiz gәlirlәrinin vergi qanunvericiliyinin aidiyyәti müddәalarının tәlәblәrinә әmәl edilmәyәrәk mәnfәәt vergisinin bәyannamәsindә müvafiq qaydada әks etdirilmәsi tәmin edilmәmiş, dövlәt büdcәsinә hesablanmalı vә ödәnilmәli olan mәnfәәt vergisinin mәblәği bәyannamәlәrdә azaldılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti