...

Azərbaycan ilə Belarus arasında əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə edilib

Siyasət Materials 24 Yanvar 2025 17:34 (UTC +04:00)
Azərbaycan ilə Belarus arasında əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə edilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Yanvarın 24-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdəki fəaliyyət müddətinin bitməsi ilə əlaqədar Belarus Respublikasının fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Ə.Əsədov Azərbaycan ilə Belarus arasında dostluq əlaqələrinin inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirib.

Görüşdə iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti