...

Üzərinə həbs qoyulan əmlakın satılması qaydalarını Nazirlər Kabineti təsdiqləyəcək

Gündəm Materials 24 Yanvar 2025 11:10 (UTC +04:00)
Üzərinə həbs qoyulan əmlakın satılması qaydalarını Nazirlər Kabineti təsdiqləyəcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda üzərinə həbs qoyulan əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və yaxud idarəetməyə verilməsi qaydalarını Nazirlər Kabineti təsdiqləyəcək.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında Mülki Məcəlləyə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, dəyişikliklər mülki iddianın və xüsusi müsadirənin təmin edilməsi üçün görülən tədbirlərin səmərəliliyini artırmaqla yanaşı, eyni zamanda üzərinə həbs qoyulmuş əmlakın dəyərinin itirilməsinin qarşısını almağa, son nəticədə əmlak mülkiyyətçisinin mülkiyyət hüquqlarının qorunmasına xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti