Bakı. Trend:
Ötən il Azərbaycandan 1,8 milyon ABŞ dolları dəyərində 1,3 min ton ət ixrac olunub.
Trend-in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2023-cü ildəki göstəricilərlə müqayisədə ixrac edilən ətin dəyəri 155 min ABŞ dolları (9,1%), həcmi isə 265 ton (24,8%) artıb.
Həmçinin ötən il Azərbaycana ümumi dəyəri 129,5 milyon ABŞ dolları olan 58,7 min ton ət idxal olunub. 2023-cü ildəki göstəricilərə nisbətən ət idxalının dəyəri 42,8 milyon ABŞ dolları (49,4%), həcmi isə 17 min ton (40,7%) artıb.
Hesabat dövründə ətin ümumi idxaldakı payı 0,62% təşkil edib.