...

Ötən il 33 379 cinayət qeydə alınıb - DİN

Gündəm Materials 24 Yanvar 2025 15:07 (UTC +04:00)
Ötən il 33 379 cinayət qeydə alınıb - DİN
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il 33 379 cinayət qeydə alınıb.

Trend xəbər verir ki, bunu daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bu gün Nazirliyin Kollegiya iclasında deyib.

"2024-cü ildə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 33 379 cinayət qeydə alınıb, onlardan 87,6 faizi açılıb, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 327 fakt təşkil edib.

Cinayətlərin 94,4 faizi və ya 31.526-sı daxili işlər və prokurorluq orqanlarının prosessual qaydada araşdırdığı hüquqazidd əməllər olmaqla 90,3 faizinin açılması təmin edilib", - o bildirib.

Onun sözlərinə görə, cinayətlərin ağır və xüsusilə ağır növlərinin 87,3, qeyri-aşkar şəraitdə baş verənlərin 86, şəxsiyyət əleyhinə olanların 98,9, onlardan qəsdən adam öldürmələrin 96,6, adam öldürməyə сəhdlərin 95,2, qəsdən sağlamlığa ağır zərər vurmaların 98,9, mülkiyyət əleyhinə olanların 83,3 faizi açılıb.

"Xırda talamaların açılmasının nəticələri 3 faiz yaxşılaşaraq 87,5 faizə yüksəlib. Ağır və xüsusilə ağır cinayətlər törətmiş 3271 nəfər tutulub, 216 kriminal qrup zərərsizləşdirilib", - nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti