Bakı. Trend:
Firəngiz Əlizadə Azərbaycan Bəstəkarlar İttifaqına yenidən sədr seçilib.
Trend xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ABİ-nin rəhbər orqanlarına seçkilər keçirilib. Açıq səsvermə ilə Xalq artisti, professor Firəngiz Əlizadə yekdilliklə yenidən Bəstəkarlar İttifaqının sədri seçilib.
Qeyd edək ki, yanvarın 24-də Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) XI qurultayı keçirilib. Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda gerçəkləşən tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, ABİ-nin İdarə heyəti, tanınmış mədəniyyət xadimləri iştirak ediblər. ABİ-nin rəhbər orqanlarına seçkilər qurultay zamanı baş tutub.