Bakı. Trend:
Energetika naziri Pərviz Şahbazov yanvarın 24-də Qobustanda vətəndaşları qəbul edib.
Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.
Bildirilib ki, nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların elektrik enerjisi təchizatı, kabelləşmə, elektrik xətlərinin istismar vəziyyəti, elektrik enerjisindən istifadəyə görə borcun yaranması, qazlaşdırma, qaz kəmərinin yenilənməsi, qaz sayğacının yerdəyişməsi, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
Qeyd olunub ki, qəbulda Qobustan, Göyçay, Sabirabad, Ağsu, Xəzər və Biləsuvar rayonlarından olan 20 vətəndaş iştirak edib.